veten informasiya agentliyi

Ət xörəklərini qatıqla yeməyin - Ziyanları

Tarix:23-10-2017, 09:43
Baxış Sayı:632

Ət xörəklərini qatıqla yeməyin - Ziyanları













Azərbaycanda bəzi ət xörəkləri süfrəyə qatıqla verilir, ət xörəklərini yeyəndə biz ayran, dövğa içirik. Sağlamlıq baxımından bu düzgün deyil.

AZTB.info saglamolun.az-a istinadən bildirir ki, ət insan orqanizmin normal fəaliyyəti üçün vacib məhsullardan biridir. Ət orqanizmi aminturşular, vitaminlər, minerallarla təmin edir. Bu minerallardan ən vacib olanı dəmirdir. Dəmirin əsas hissəsini biz məhz ət məhsullarından alırıq.

Dəmir insan orqanizmində olduqca böyük rol oynayır. Dəmir oksigenin saxlanması və daşımasında iştirak edir. Oksigensiz insan orqanizmi yaşaya bilməz.
Dəmir qanayaratma proseslərində iştirak edir, immun sisteminin normal fəaliyyəti üçün çox vacibdir, qalxanvari vəzi hormonların istehsalında, ciyərdə gedən proseslərdə (zəhərli maddələrin parçalanmasında və s.), DNT-ın sintezində və bir çox digər vacib proseslərdə iştirak edir. Dəmir xərçəng hüceyrələrinin inkişafını ləngidir. Orqanizmdə dəmirin çatışmazlığı ciddi pozulma sayılan anemiya xəstəliyinə (qanazlığı) səbəb olur.
Bəzi maddələr orqanizmdə dəmirin mənimlənilməsi proseslərini sürətləndirir (C, B qrupu vitaminləri və s.), digərləri isə əksinə pozur. Dəmirin mənimsənilməsini pozan maddələr arasında kalsium və fosfor da var. Süd məhsulları kalsium və fosforla zəngin olduğundan onların ətlə birlikdə qəbulu dəmirin mənimsənilməsinə mənfi təsir edir. Bu o deməkdir ki, ətlə birlikdə və ya ət xörəklərindən dərhal sonra istənilən süd məhsullarını qəbul etmək düzgün deyil.
Tək süd məhsulları deyil, çay və qəhvədə olan bəzi maddələr dəmirin mənimsənilməsini pozur. Bu səbəbdən həkimlər ət xörəklərindən sonra çay və ya qəhvə içməyi tövsiyə etmir.

Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar