veten informasiya agentliyi

Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır

Tarix:Dünən, 11:34
Baxış Sayı:17

Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır

Rusiya Ukraynaya 224 nəfəri əsir mübadiləsi çərçivəsində təhvil verməyə hazırdır.

Bu barədə Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Yana Lantoratova məlumat verib. Lantoratova mümkün mübadilə üçün 224 nəfərin ad-soyadından ibarət siyahı dərc edib.

Onun sözlərinə görə, Moskva Ukrayna əsirliyində olan rusiyalı hərbçilərin geri qaytarılması üçün müxtəlif mübadilə variantlarını nəzərdən keçirir.

Rusiya ombudsmanı bildirib ki, son bir ay ərzində Moskva Kiyevə üç fərqli mübadilə siyahısı təqdim edib. Siyahılara həm hərbçilər, həm də Rusiyada məhkum edilmiş Ukrayna vətəndaşları daxil edilib.

Lantoratovanın iddiasına görə, Kiyev hələlik təklif olunan variantlardan heç birinə razılıq verməyib.

Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets isə Rusiyanın ittihamlarını rədd edib və onları yalan adlandırıb. O, Ukraynanın öz vətəndaşlarını geri qaytarmağa hazır olduğunu bildirib.

Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə