![]()
Rumıniya Ukrayna sərhədində PUA qrupunun aşkarlanmasından sonra iki F-16 qırıcısını havaya qaldırıb.
Bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, radar sistemi Ukraynanın İzmail şəhəri yaxınlığında, Dunay çayı boyunca sərhədə yaxın ərazidə 5 pilotsuz uçuş aparatı qeydə alıb.
Hadisə ilə əlaqədar Borçedəki 86-cı aviabazadan Rumıniya Hərbi Hava Qüvvələrinin iki F-16 qırıcısı vəziyyəti izləmək üçün havaya qaldırılıb.
Nazirliyin məlumatına görə, yerüstü radarlar PUA-lardan birini artıq Rumıniyanın hava məkanında da aşkarlayıb. Dron Pardin şəhərinin təxminən 2 kilometr cənubunda Rumıniya sərhədini keçib və təxminən 10 dəqiqə ölkənin hava məkanında uçub.
PUA Kiliya çayının qollarından biri boyunca hərəkət etdikdən sonra Rumıniya ərazisini tərk edərək yenidən Ukrayna istiqamətində uçub.