veten informasiya agentliyi

Azərbaycanda 1 milyon manat qiyməti olan maşınlar kimlərindir?

Tarix:12-10-2017, 09:58
Baxış Sayı:833

Azərbaycanda 1 milyon manat qiyməti olan maşınlar kimlərindir?















Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda bahalı avtomobillərə maraq var. Əsasən paytaxt küçələrində göz oxşayan bu avtomobilləri görmək mümkündür. Bəs görəsən Azərbaycanda ən bahalı avtomobillər hansılardır?

AZTB.info modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, Azərbaycana avtomobillər iki istiqamətdə gətirilir: bir rəsmi nümayəndəliklər, bir də ayrı-ayrı şəxslər tərəfindən gətirilir.

“Azərbaycanda dəyəri 1 milyon manata yaxın, hətta 1milyon manatdan yuxarı avtomobillər var. Rəsmi servislərdən “Mercedes Benz” firmasına aid olan 6300 kubmetrlik “S klass” modelinin qiyməti təxmini 350 min manatdan başlayır. Eyni zamanda “Galendevagen” markasının qiyməti də kifayət qədər yüksəkdir.
Rəsmi servis tərəfindən gətirilən həmin avtomobillərin qiyməti 300 min manatdan başlayır. BMW markasının 7-ci seriyadan olan avtomobillərinin qiyməti təxminən 280 min manatdan başlayır. Rəsmi servislər tərəfindən gətirilən “Porsche”, “AUDİ”, “Lexus” kimi markalarının bəzi modellərinin qiyməti 200 min manatdan başlayır. Amma nümayəndəliyi olmayan şəxslər tərəfindən Azərbaycana gətirilən elə nəqliyyat vasitələri var ki, onların dəyəri 400-500 min manat və bəzən daha bahadır”.

R. Osmanlı bildirib ki, avtomobillərin Azərbaycana gətirilməsində hər hansı bir məhdudiyyət yoxdur.

“Azərbaycan qanunvericiliyində dəyər ifadəsində məhdudiyyət olmur. Avtonəqliyyat vasitələrinin dəyərindən və mühərrik həcmindən asılı olaraq onlara tətbiq edilən gömrük və vergi rüsumları var. Həmin rüsumlar qanunvericiliklə tənzimlənir və burada avtonəqliyyat vasitələrinin dəyəri ilə bağlı hansıda məhdudiyyət mövcud deyil”.

Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar