veten informasiya agentliyi

Azərbaycan mallarının Ermənistana idxalına qadağa yoxuymuş, amma Vartan deyir ki…

Tarix:2-07-2017, 12:49
Baxış Sayı:786

Azərbaycan mallarının Ermənistana idxalına qadağa yoxuymuş, amma Vartan deyir ki…

















Ermənistanda Azərbaycan mallarının idxalına qadağa yoxdur, sadəcə olaraq bu, mənəvi məsələdir.
Bu sözləri Ermənistanın dövlət gəlirləri Komitəsinin sədri Vartan Arutyunyan deyib.
Ermənistana Azərbaycan mallarının keçməsi halları ilə bağlı danışan Arutyunyan bildirib: “Mən neçə dəfə demişəm ki, bu düzgün deyil”. Bəs Azərbaycan malları Ermənistana qanuni şəkildə, müvafiq sənədlərlə gömrükdən keçərək daxil olarsa onda necə? Bu mallara yenə də qadağa qoyulacaqmı? Vartan Arutyunyan bu haqda deyib: “Sırf emosional nöqteyi-nəzərdən bu qəbuledilməzdir. Bu gün həmin adamlar cəzalarını alıblar”.
Xatırladaq ki, bu yaxınlarda İrəvan bazarlarında Azərbaycan almaları aşkarlanıb və bu ölkədə qalmaqal yaranıb. Almalara görə bir neçə gömrük məmuru cəzalandırılıb, meyvə bazarlardan yığışdırılıb. Məlum olub ki, alma Gürcüstan üzərindən qaçaqmal şəklində Ermənistana keçirilib. Daha sonra Ermənistan gömrükçüləri Azərbaycan çayının və duzunun sərhədi keçməsinin qarşısını alıblar.
virtualaz.org

Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar