veten informasiya agentliyi

Azərbaycan Beynəlxalq Bankın 3 milyardlıq borcuna zamin durur - bu gün danışıqlar başlayır

Tarix:23-05-2017, 14:18
Baxış Sayı:640

Azərbaycan Beynəlxalq Bankın 3 milyardlıq borcuna zamin durur - bu gün danışıqlar başlayır

















Bu gün Londonda Azərbaycan Beynəlxalq Bankının 3.3 milyard dollarlıq xarici borcunun restrukurizasiyası ilə bağlı investorlarla danışıqlar başlayır

Danışıqlar "White & Case LLP” beynəlxalq hüquq firmasının London ofisində keçiriləcək. Bu şirkət hökumətlərə, investorlara və maliyyə institutlarına öz aralarındakı mübahisələri nizamlamaq üçün hüquqi yardım göstətir.

Xəbər verildiyi kimi Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollarlıq xarici borcları üzrə ödənişləri dayandırıb və xarici aktivlərini kreditorlardan qorumaq üçün Nyu-York məhkəmsində müflisləşmə iddiası qaldırıb. Bankın kreditorları Avropa və ABŞ-ın bir sıra aparıcı maliyyə institutlarıdır. Azərbaycan Beynəlxalq Bankı cəmi 37 investora borcludur. Onlardan ən irisi "Cargill Financial Services International Inc.” investisiya şirkətidir.

Əgər investorlarla danışıqlar uğurlu alınsa bankın xarici borcları Azərbaycan dövlətinə transfer ediləcək. Lakin qərar investorlar arasında səs çoxluğu ilə qəbul edilməlidir. "The Wall Street Journal” qəzetinin yazdığına görə borcların restrukturizasiyası barədə bəyanat və bankın Nyu-York məhkəməsində müflisləşmə iddiası qaldırması investorlar üçün sürpriz olub.

İnvestorlarla danışıqlar üçün Londona yola düşən nümayəndə heyətinin tərkibi məlum deyil. Lakin heyətə maliyyə naziri Samir Şərifovun başçılıq edəcəyi gözlənilir. İnvestorlarla danışıqlarda bankın məsləhətçisi qismində "White & Cas” və "Lazard Freres” şirkətləri çıxış edirlər. (virtualaz.org)

Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar