veten informasiya agentliyi

Daha bir Bakı ermənisi Azərbaycana qayıtdı

Tarix:14-07-2017, 09:22
Baxış Sayı:510

Daha bir Bakı ermənisi Azərbaycana qayıtdı

















Daha bir Bakı ermənisi Oksana Altunyan dünyaya göz açdığı Azərbaycan paytaxtına gəlib

Onun Bakıda ilk hiss etdiyi doğma şəhərin qoxusudur – uşaqlıq qoxusu, valideynləri ilə yaşadığı evin qoxusu, həyatın ən yaxşı illərinin qoxusu.

Qadının etirafına əsasən, cəmi bir saat ərzində o, yeniyetməliyini, görüşlərin və ayrılıqların sevincini və kədərini yaşayıb, keçmiş arzularını və istəklərini xatırlayıb.

Oksanaya təhsil aldığı məktəbi, rəfiqələri ilə oynadığı həyəti, ərə getdiyi evi görmək imkanı yaradılıb.

Qadının gözləri gah sevinclə yanır, gah da göz yaşları ilə tutulurdu. Həmin o xoşbəxt illərdən onu uzun zaman ayırır. Həmin illərdən ki, millətindən asılı olmayaraq hamılıqla bayramları qeyd edir, toylarda şənlənir, doğum evlərindən yenicə anadan olmuş körpələri qarşılayırdılar. Hər şey ümumi və hər şey əziz idi.

Amma bu gün də Oksana Altunyan çox xoşbəxtdir, axı arzusu yerinə yetib – o, qəlbinə yaxın, doğma yerlərdədir.

“Danışa bilmirəm, emosiyalar üstələyir”, – bu sözləri təkrarlayır.

“Sadə insanlardan heç kim müharibə istəmir, heç kimə lazım deyil ki, oğulları həlak olsun”, – bakılı erməni qadın deyir. O əmindir ki, vaxt gələcək, Ermənistandan didərgin düşmüş azərbaycanlılar da böyüyüb başa çatdıqları yerlərə gedə biləcək, əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Oksanaya bu xoşbəxtlik artıq nəsib olub.

Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar