veten informasiya agentliyi

Oğluna görə işdən çıxarılan general: "Gərək onu cəzalandırardım, döyərdim"

Tarix:12-07-2017, 12:32
Baxış Sayı:751

Oğluna görə işdən çıxarılan general: "Gərək onu cəzalandırardım, döyərdim"

















Prezident İlham Əliyevin dünən verdiyi sərəncamla vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucov "Qafqazinfo”ya açıqlama verib.

Sabiq rəis müavini dünəndən müzakirələrə səbəb olan oğlu Rüstəm Orucovun hərəkətlərinə münasibət bildirib:

"Mən 6 yaşımda atamı itirmişəm. Ailəmiz çox kasıb vəziyyətdə yaşayıb. Fəhlə də işləmişəm, günü 2 manat pula işləyirdim ki başsız ailəmizi dolandırım. Çətinliklərlə yaşayıb böyümüşəm. Öz gücümə təhsil almışam. Birincə dəfə cənab Prezident "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədr müavini Mübariz Mədətovu oğlu Xalid Mədətovun əməllərinə görə işdən çıxaranda mənə dəymədi. Xidmətlərimi nəzərə aldı, bu dəfə isə bağışlamadı. Oğlum dünya paraşutdan tullanma üzrə rekordçudur, general Dadaş Rzayevlə bərabər tullanıb. Nə edək olmamalı idi oldu... Polis akademiyasında oxuyurdu. Adam vurduqdan sonra ordan çıxartdılar”.

N. Orucov oğluna görə peşman olduğunu da qeyd edib:

"Çox peşmanam. Gərək onu cəzalandırardım, döyərdim. Cənab prezidentdən çox razıyam, dediyim kimi birinci dəfə mənə dəymədi. Allah onun balalarını saxlasın. Qoy bu hadisədən bütün genarallarımız, zabitlərimiz, yüksək rütbəli məmurlarımız ibrət dərsi alsınlar. Məmurlar uşaqlarını boş buraxmasınlar. Bu hadisə onlara dərs olsun. Yenə də deyirəm, cənab prezident bir dəfə mənə xəbərdarlıq etmişdi, bu dəfə də cəzalandırdı”.

Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar