veten informasiya agentliyi

Baş həkimdən qolu sınan uşağın ölümü ilə bağlı - Açıqlama

Tarix:11-07-2017, 11:48
Baxış Sayı:609

Baş həkimdən qolu sınan uşağın ölümü ilə bağlı - Açıqlama

















Ağdaş Mərkəzi Rayon Xəstəxanasında 9 yaşlı uşağın ölümünə anafilaktik şok səbəb olub

Bunu azvision.az-a açıqlamasında xəstəxananın baş həkimi Nuriyev Nuri deyib.

Onun sözlərinə görə, 2008-ci il təvəllüdlü Qəbələ rayon Qaradeyin kənd sakini Mehralıyev Seymur Qoşqar oğlu dünən saat 17:04 radələrində sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib.

"Cərrahiyə əməliyyata başlamazdan öncə metilen iynəsi vurularkən xəstə anafilaktik şok keçirib. Ölümünə səbəb anafilaktik şok olub. Ürək dayanıb və bütün lazimi tədbirlərin görülməsinə baxmayaraq, 10 dəqiqə ərzində ürəyi bərpa etmək mümkün olmayıb, xəstə rəhmətə gedib. Hər bir əməliyyatda anafilaktik şok baş verə bilər. Düzdür, nadir hallarda baş verir və xəstəni vəziyyətdən çıxarmaq olur. Təəssüf ki, xəstənin həyatını xilas etmək mümkün olmadı”.

Baş həkim bildirib ki, uşağın meyiti yarılıb və ekspertiza təyin edilib: "Patoloji anatomik təşrihdən sonra xəstənin ölüm səbəbi dəqiq bilinəcək”.

Qeyd edək ki, xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.

Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar