veten informasiya agentliyi

Bakıda bəzi “MilliÖn” terminalları işləmir - AÇIQLAMA

Tarix:25-08-2020, 06:55
Baxış Sayı:585

Bakıda bəzi “MilliÖn” terminalları işləmir - AÇIQLAMA

Metronun “Neftçilər” stansiyasının çıxışında quraşdırılan “MilliÖn” terminalları işləmir.
Oxu.Az-ın məlumatına görə, söhbət paytaxtın Nizami rayonu ərazisindən gedir.
Belə ki, səhər saatlarından etibarən “Neftçilər” metrostansiyasının hər iki çıxışında yerləşən “MilliÖn” terminallarının işində problem yaranıb.
Vətəndaşların sözlərinə görə, artıq bir həftədir ki, vəziyyət belədir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “MilliÖn” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri İdarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva bildirib ki, ərazidə qoyulan terminalların bir həftədir işləməməsi həqiqəti əks etdirmir:
“Qeyd edilən ərazidə iki “MilliÖn” terminalı var. Onlardan biri gün ərzində inkassasiya olunacaq. Terminallardan birində son ödəniş səhər saat 05:00 radələrində həyata keçirilib. Hazırda terminal çalışmır.
Dərhal bu barədə texniki xidmətə məlumat ötürülüb. Gün ərzində yaranan problem aradan qaldırılacaq. Texniki xidmətin əməkdaşları terminallara baxış keçirməlidir. Ola bilər ki, müştərilər pulu aparata qatlanmış formada salıblar və əskinaslar orada ilişib. Ya da ola bilər ki, terminala yad cisimlə müdaxilə edilib.
Problem elektrik cərəyanında yaşanan nasazlıqla da əlaqədar ola bilər. Odur ki, bütün hallarda gün ərzində terminallara baxış keçiriləcək və problem aradan qaldırılacaq”.

Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar