veten informasiya agentliyi

“Siyavuş Novruzovun məsələsinə İntizam Komissiyasında baxıla bilər” - ŞƏRH

Tarix:22-08-2020, 12:09
Baxış Sayı:519

“Siyavuş Novruzovun məsələsinə İntizam Komissiyasında baxıla bilər” - ŞƏRH
“Bildiyiniz kimi, koronavirus pandemiyası başlayan dövrdən bütövlükdə Milli Məclis və deputatlar bu qlobal pandemiyaya qarşı mübarizədə öndə olublar. Milli Məclisdə qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi fiziki, vəzifəli və hüquqi şəxslər üçün sanksiyalar müəyyənləşdirib.

Bir qədər sonra isə məhz parlamentin təşəbbüsü ilə bu cərimə cəzaları daha da sərtləşdirilib. Qanunlar qarşısında hamı bərabərdir. Bununla yanaşı, bütün vəzifəli şəxslər, o cümlədən, deputatlar qanunlara riayət olunmasında nümunə olmalıdır.

Həmçinin, deputatlar təkcə parlamentdaxili fəaliyyətə görə yox, həm də parlamentdən kənar davranışlarına görə də məsuliyyət daşıyırlar”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkədə elan olunmuş karantin vaxtı vəzifəli şəxslərin qaydaları pozmasından danışarkən deyib.

Komitə sədri bildirib ki, AMEA-nın prezidentinin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toy mərasimi cəmiyyətimizdə haqlı narazılıqla qarşılanıb:

“Çünki əvvəla, bu tədbirin təşkilinin özü karantin qaydalarının kobud şəkildə pozulması deməkdir. Həmçinin, tədbir zamanı da bəzi karantin qaydalarının pozulması ilə bağlı məlumatlar KİV-lərdə yer alıb. Bu isə hüquqi məsuliyyət yaradır.

O ki qaldı Milli Məclisin komitə sədri Siyavuş Novruzova, onun da hərəkəti vəzifəli şəxs kimi, inzibati məcəllənin təsiri altına düşür. Milli Məclisin növbəti sessiyasında bu məsələyə, həmçinin, İntizam komissiyası tərəfindən baxıla bilər”.

Əli Hüseynli bir daha vurğulayıb ki, qanun həm fiziki şəxslər, həm də vəzifəli şəxslərə münasibətdə tətbiq olunmalı, o cümlədən, cəmiyyətdə narazılığa səbəb olmuş həmin tədbirdə iştirak edən digər vəzifəli şəxslərin əhatəsi də müəyyənləşdirilməli və onlarla bağlı da qanuni tədbirlər görülməlidir.

Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar