veten informasiya agentliyi

Nikulae Havrilet: “SOCAR Rumıniyada fəaliyyətini genişləndirə bilər”

Tarix:20-08-2020, 07:53
Baxış Sayı:541

Nikulae Havrilet: “SOCAR Rumıniyada fəaliyyətini genişləndirə bilər”


SOCAR Rumıniyada fəaliyyətini genişləndirmək üçün fürsət əldə edə bilər.

Bu barədə Trend-ə Rumıniya İqtisadiyyat, Energetika və Biznes Mühiti Nazirliyinin dövlət katibi Nikulae Havrilet bildirib.

O qeyd edib ki, ötən il Rumıniyanın “Romgaz” şirkəti xarici bazarlarda fəaliyyətini genişləndirmək, yeni imkanlar araşdırmaq və SOCAR-la əməkdaşlıq şəraitində biznesinin genişləndirilməsində effektli yolları müəyyənləşdirməkdə maraqlı olduğunu bildirib.

“Əgər Rumıniya şirkəti bu dəniz layihələrində iştirak etmək qərarına gələrsə, Azərbaycan tərəfi “Romgaz”la ortaq olaraq Qara dənizdəki yataqların kəşfiyyatı və işlənməsində maraqlı olduğunu qeyd edib.

Bu mövzu “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı Məşvərət Şurasının 2020-ci ilin fevralında Bakıda keçirilmiş son iclası çərçivəsində iki şirkət arasında müzakirə edilib”, - deyə dövlət katibi əlavə edib.

Havrilet qeyd edib ki, SOCAR-ın fəaliyyəti, əsasən, Xəzər dənizinə yönəlsə də, Qara dəniz Xəzər regionu ilə Avropa bazarı arasında vacib enerji körpüsüdür.

“Rumıniya Qara dəniz sahilində strateji mövqe tutur və Xəzər və Aralıq dənizlərindən enerji ehtiyatlarının Mərkəzi və Şərqi Avropaya tranzitinə töhfə verə bilər”, - dövlət katibi deyib.

Bundan əlavə, o bildirib ki, Qara dəniz əhəmiyyətli təbii qaz ehtiyatlarına malikdir və “Cənub Qaz Dəhlizi” üçün yeni mənbə kimi Azərbaycan üçün də maraqlı ola bilər.

Havrilet deyib ki, bu çərçivədə yaxın gələcəkdə Rumıniya Mineral Ehtiyatlar Agentliyi yeni tenderlər elan edəcək və bu, SOCAR-a Rumıniyadakı iştirakını genişləndirmək imkanı verə bilər.

Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar