veten informasiya agentliyi

Azərbaycanda həkimlərin səfərbərliyi elan edilə bilərmi? — AÇIQLAMA

Tarix:8-04-2020, 14:12
Baxış Sayı:427

Azərbaycanda həkimlərin səfərbərliyi elan edilə bilərmi? — AÇIQLAMA


Bu günə qədər Azərbaycanda 717 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib. Onlardan 44 nəfəri müalicə olunaraq sağalıb. 665 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Mövcud vəziyyətlə əlaqədar ölkə ərazisində aprelin 20-nə qədər gücləndirilmiş karantin rejimi tətbiq olunur.

Zəruri hallarda bir sıra nazirlik və qurumlar, xüsusilə səhiyyə sistemində, hüquq-mühafizə orqanlarında çalışan şəxslər gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

Vəziyyətdən asılı olaraq, koronavirusa yoluxma hallarında artım müşahidə edilərsə, həkimlər arasında səfərbərlik elan edilə bilərmi?

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu istiqamətdə müzakirə aparılmır.

Eyni zamanda, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq məqsədilə prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq, TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir.

COVID-19 xəstəliyi ilə bağlı müalicə üçün respublikanın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işçiləri bu linkə daxil olaraq, müraciət edə bilər.

Qeyd edək ki, ölkədə koronavirusa yoluxan şəxslərdən 8 nəfər vəfat edib. Xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilən şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar olaraq, 53 300 test aparılıb.

Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə