veten informasiya agentliyi

Məktəblərdə şagirdlərə tapşırıq: tibbi maska və spirt…

Tarix:24-02-2020, 11:02
Baxış Sayı:394

Məktəblərdə şagirdlərə tapşırıq: tibbi maska və spirt…


Koronavirus təhlükəsi ilə əlaqədar bir çox məktəblərdə uşaqlara çantalarında tibbi maska və spirt gəzdirmələri tapşırılıb.

Tapşırıq uşaqlara sinif müəllimləri tərəfindən verilib. Bildirilib ki, təmizlik və yayılmış epidemiya, respirator virus təhlükələrinə qarşı önləyici tədbirlər görülməlidir. Bu məqsədlə bir çox müəllim uşaqlara məktəb otağına girərkən əllərini spirt və ya nəm solfetlərlə silməyi tapşırıb. Qrip, respirator viruslardan qorunmaq üçün yolda, kütləvi yerlərdə, ictimai nəqliyyatda tibbi maskalardan istifadə etmək tapşırıb.

Ayrı-ayrı müəllimlər tərəfindən tapşırılan bu tapşırıq valideynlərin də ürəyincə olub.

Bakıda apteklərdən birinin satıcısı Zemfira Abdullayeva bildirib ki, gün ərzində tibbi maska alanların sayı çoxalıb. Həmçinin ötən gün özəl məktəblərdən biri üçün 900 manatlıq tibbi maska alınıb. /Axar.az/

Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə