veten informasiya agentliyi

Hacıqabul – uğurların sayı artır

Tarix:17-02-2020, 10:46
Baxış Sayı:391

Hacıqabul – uğurların sayı artır


Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirildi

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hacıqabul rayonunda “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə müəyyən olunmuş vəzifələrin icrası ilə əlaqədar 2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı icra nümayəndəliklərində hesabat yığıncaqlarının keçirilmişdir.

Təsdiq edilmiş qrafikə əsasən 30.01.2020-ci il tarixində Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında RİH başçısı Rüstəm Xəlilov, şəhər ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak etmişlər. 2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı Hacıqabul şəhər İƏD üzrə nümayəndəsi Laləzar İbrahimovanın məruzəsi dinlənilmişdir. Hesabat yığıncağında ziyalılar, ağsaqqallar və şəhər sakinləri görülmüş işlərdən və mövcud problemlərdən danışaraq şəhər icra nümayəndəliyinin fəaliyyətinə öz münasibətlərini bildiriblər. Şəhər nümayəndəliyinin 2019-cu ildəki fəaliyyəti yığıncaq iştirakçıları tərəfindən “kafi” qiymətləndirilib. Vətəndaşların yığıncaqda qaldırdıqları həlli vacib olan məsələlər, mövcud olan sosial-iqtisadi problemlər dinlənilmiş və həlli yolları araşdırılmışdır.

Hesabat yığıncağında iştirak edən RİH başçısı Rüstəm Xəlilov çıxış edərək respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrində olan inkişafından söz açmış, o cümlədən rayonumuzda aparılan abadlıq-quruculuq işlərindən və qarşıda duran vəzifələrdən geniş məlumat vermişdir. Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyin işində yol verdiyi nöqsanlardan, qarşıda duran vəzifələrdən danışaraq tapşırıq və tövsiyələrini bildirmişdir.

Hacıqabul – uğurların sayı artır
Hacıqabul – uğurların sayı artır
Hacıqabul – uğurların sayı artır
Hacıqabul – uğurların sayı artır


Bu gün Azərbaycanda dövlət tərəfindən uğurla həyata keçirilən və birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin daima öz diqqətində saxladığı iqtisadi islahatlar regionlarımızın sürətli inkişaf yoluna çıxmasını təmin etmişdir. Bu baxımdan hazırda dinamik inkişafı ilə diqqəti cəlb edən bölgələrimizdən biri də Hacıqabul rayonudur.

Hacıqabul rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.

Xüsusilə diqqəti çəkən daha bir məqam budur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıq və tövsiyələrin, qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, pambıq istehsalının artırılması, baramaçılığın inkişafı, yeni aqroparkların salınması istiqamətində Hacıqabulda bir sıra işlər görülmüş və bu işlər hal-hazırda da davam etdirilməkdədir.

Ümumiyyətlə son zamanlar Hacıqabul rayonunda gedən abadlıq-quruculuq işlərinin nəticəsidir ki, şəhərn də siması xeyli dəyişib, gözəlləşib. Həyata keçirilən iri infrastruktur layihələri, yeni istifadəyə verilən mədəni-sosial obyektlər, yatırılan sərmayələr bu rayona dövlət qayğısının bariz nümunəsidir.


Hacıqabul – uğurların sayı artırHacıqabul – uğurların sayı artırHacıqabul – uğurların sayı artırHacıqabul – uğurların sayı artır

Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə