veten informasiya agentliyi

1000 manatdan çox maaş alan müəllimlərin sayı nə qədərdir? — Açıqlama

Tarix:17-10-2019, 12:25
Baxış Sayı:411

1000 manatdan çox maaş alan müəllimlərin sayı nə qədərdir? — Açıqlama

"Cəmiyyətdə müəllim peşəsinin nüfuzunun genişlənməsi nazirliyimizi sevindirən ən böyük uğurdur. Bu sahədə kompleks tədbirlər davam edir".
Bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, əməkhaqqının artırılması nəticəsində müəllimlərin orta əməkhaqqı 600 manat olub. Dərs yükündən asılı olaraq daha yüksək əməkhaqqı alan müəllimlərin sayı kifayət qədərdir.

"1000 manatdan çox maaş alan müəllimlərin sayı 5 mini ötüb. Yay aylarında keçirilən işə qəbul kampaniyasında elektron qaydada 55 min müəllim iş üçün müraciət edib. Bölgələrdə vakansiyaların 100 faizə yaxını təmin olunub. 5 abituriyentrdən 4-ü ixtisas seçimində müəllim peşəsini seçib. Bundan başqa, ölkə üzrə 300-ə yaxın məktəb direktoru təyin edilib. İntizam qaydalarına riayət etməyən 6 direktor işdən azad edilib. 7 halda ciddi pozuntular olduğuna görə onlar hüquq-mühafizə orqanalrına təhvil verilib. 80 məktəb direktorunun müqavilə müddətinin uzadılmaması ilə bağlı qərar qəbul olunub".

Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə