veten informasiya agentliyi

İlham Əliyev: "Sabitliyi təmin etmək üçün təşəbbüslər irəli sürəcəyik"

Tarix:15-03-2018, 12:36
Baxış Sayı:623

İlham Əliyev: "Sabitliyi təmin etmək üçün təşəbbüslər irəli sürəcəyik"














"Bu Forum artıq 6-cı dəfədir ki, keçirilir, nüfuzlu beynəlxalq platformaya çevrilib. Əminəm ki, Forumda beynəlxalq gündəliyin ən aktual məsələləri müzakirə edəcəyik, sabitliyi təmin etmək üçün təşəbbüslər irəli sürəcəyik".
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Bakıda keçirilən beynəlxalq tədbirlərdən, Avropa və İslam Həmrəyliyi Oyunlarından söz açan prezident İlham Əliyev bildirib ki, bu tədbirlərdə müxtəlif millətlərin nümayəndələri, müxtəlif fikirli insanlar bir araya gəlir: "2008-ci ildən başlayan Bakı Prosesi çox mühüm prosesdir. Bakı Prosesi çərçivəsində xalqlar və dövlətlər arasında anlaşma yaranması üçün böyük işlər görülür. Səylərimiz sabitliyin, təhlükəsizliyin, qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlib".
Azərbaycanda tolerantlıq mühitindən söz açan dövlət başçısı qeyd edib ki, Azərbaycan bu sahədə dünyaya nümunə göstərir.

Dövlət başçısı VI Qlobal Bakı Forumunun həmsədrlərinə və iştirakçılarına təşəkkür edib.

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Bakıda 2 nəfərin meyiti tapıldı
Bakıda 2 nəfərin meyiti tapıldı
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi
Bərdədə əməliyyat: Qadın saxlanıldı
Bərdədə əməliyyat: Qadın saxlanıldı
Jurnalistlərin etik davranış qaydaları dəyişir
Jurnalistlərin etik davranış qaydaları dəyişir
Azərbaycan açıq iqtisadiyyat və biznesin təşviqi siyasətini həyata keçirir - Baş nazir
Azərbaycan açıq iqtisadiyyat və biznesin təşviqi siyasətini həyata keçirir - Baş nazir