veten informasiya agentliyi

Azərbaycan açıq iqtisadiyyat və biznesin təşviqi siyasətini həyata keçirir - Baş nazir

Tarix:Bu gün, 10:54
Baxış Sayı:6

Azərbaycan açıq iqtisadiyyat və biznesin təşviqi siyasətini həyata keçirir - Baş nazir

Azərbaycan ardıcıl olaraq açıq iqtisadiyyat və sahibkarlıq fəaliyyətinin təşviqi siyasətini həyata keçirir.
Bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda deyib.
Hökumət başçısı vurğulayıb ki, son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard dollardan çox investisiya yatırılıb ki, bunun da demək olar ki, yarısı xarici investisiyaların payına düşüb.
"Ölkədə investorların hüquqlarının etibarlı müdafiəsini, investisiyaların toxunulmazlığı zəmanətini, kapitalın sərbəst hərəkətini və bütün bazar iştirakçıları üçün bərabər şərtləri təmin edən müasir qanunvericilik bazası formalaşdırılıb. Azərbaycanın mühüm rəqabət üstünlüyü onun Avrasiyanın əsas nəqliyyat marşrutlarının kəsişməsində yerləşən unikal coğrafi mövqeyidir. Ardıcıl olaraq həyata keçirilən infrastruktur layihələri ölkəmizi regionun ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevirib", - deyə o bildirib.
Ə.Əsədov həmçinin qeyd edib ki, hazırda Azərbaycan müasir nəqliyyat infrastrukturunun, dəniz limanlarının, dəmir yolu və avtomobil magistrallarının inkişafına böyük həcmdə maliyyə vəsaiti yatırmağa davam edir, bu isə "regional əlaqələrin möhkəmləndirilməsinə və biznes imkanlarının genişləndirilməsinə töhfə verir".
Onun sözlərinə görə, yaşıl energetikanın inkişaf etdirilməsi də investisiyalar üçün perspektivli istiqamətdir: "Azərbaycan qarşısına milli enerji balansında bərpa olunan enerji mənbələrinin payını artırmaqla bağlı iddialı hədəflər qoyub. Günəş və külək enerjisi sahəsində irimiqyaslı layihələr həyata keçirilir, aparıcı beynəlxalq şirkətlər cəlb olunur və investorlar üçün yeni imkanlar yaradılır".

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Bakıda 2 nəfərin meyiti tapıldı
Bakıda 2 nəfərin meyiti tapıldı
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi
Bərdədə əməliyyat: Qadın saxlanıldı
Bərdədə əməliyyat: Qadın saxlanıldı
Jurnalistlərin etik davranış qaydaları dəyişir