veten informasiya agentliyi

Bu il devalvasiya olacaq? (ŞƏRH)

Tarix:10-09-2017, 11:09
Baxış Sayı:782

Bu il devalvasiya olacaq? (ŞƏRH)














"Bu il kəskin devalvasiya olmayacaq". Salamnews.org xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli belə deyib.

Onun sözlərinə görə, bu il Mərkəzi Banka likvidliyin saxlanması üçün əlavə vəsait verilib: “Mərkəzi bank dolların məzənnəsinin saxlanması üçün əlindən gələni edir. Əslində,məzənnə inzibati qaydada tənzimlənir. Lakin Avroda da ciddi dəyişiklik oldu. Avro manat qarşısında 15 faiz bahalaşdı. Hamını dollaırn məzənnəsi maraqlandırır. Digər valyutalara nisbətən manat təqribən 10-15 faiz dəyər itirib. İlin sonuna qədər Azərbaycanda dollarla bağlı hər hansı bir prosesin olmasının səbəbi ancaq xarici faktorlar ola bilər. Bu ilin sonuna kimi FED-in iki toplantısının keçirilməsi gözlənilir. İki toplantıda faiz artımı ilə, həmçinin likvidliliklə bağlı qərar olsa, dünyada yenidən dolların bahalaşmasını görə bilərik. Bu isə dolayısı ilə Azərbaycan manatına təsir göstərə bilər”.

Azərbaycan hökumətinin dollarla bağlı kəskin addımlarının olması ehtimalı çox aşağıdır.

“Mərkəzi Bank hazırki səviyyələrə yaxın ili tamamlamaq istəyir. Manatın 1.70-dən aşağı düşməsi, yaxud da möhkəmlənməsi ehtimalı da yoxdur. Bahalaşsa da, çox cuzi dəyişikliklər olacaq”, - deyə ekspert bildirib.

Bu gün ilin son Günəş tutulması olacaq
Bu gün ilin son Günəş tutulması olacaq
Yol polisindən uşaqlarla bağlı müraciət
Yol polisindən uşaqlarla bağlı müraciət
Azərbaycanda mənzillər bahalaşdı
Azərbaycanda mənzillər bahalaşdı
İsveçdəki səfirimiz dəyişdirildi
İsveçdəki səfirimiz dəyişdirildi
Azərbaycanda işsizlərin sayı açıqlandı
Azərbaycanda işsizlərin sayı açıqlandı
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi