veten informasiya agentliyi

Yol polisindən uşaqlarla bağlı müraciət

Tarix:Bu gün, 12:16
Baxış Sayı:4

Yol polisindən uşaqlarla bağlı müraciət

Avtomobildə sərnişinlərin, xüsusilə uşaqların daşınması zamanı təhlükəsizlik qaydalarına diqqətlə yanaşmaq onların həyat və sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin yol hərəkəti iştirakçılarına müraciətində deyilir:

"Təəssüf ki, bəzən hərəkətdə olan avtomobillərdə sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsi, uşaqların avtomobilin pəncərəsindən bədənlərinin hər hansı hissəsini çıxarması, eləcə də ayaqüstə dayanması kimi təhlükəli hallara rast gəlinir. İlk baxışdan adi görünən bu cür davranışlar gözlənilməz vəziyyət zamanı ciddi xəsarətlərə səbəb ola bilər".

Müraciətdə qeyd edilib ki, xüsusilə uşaqların avtomobildə daşınması zamanı valideynlərin və sürücülərin üzərinə böyük məsuliyyət düşür:

"Uşaqların yaş və çəkilərinə uyğun təhlükəsizlik vasitələrindən, o cümlədən uşaq oturacaqlarından istifadə olunması, onların təhlükəsizlik kəməri ilə düzgün şəkildə bağlanması vacibdir. Unutmayaq ki, onların təhlükəsizliyi ilk növbədə böyüklərin diqqətindən və məsuliyyətli davranışından asılıdır. Təhlükəsiz yol - diqqətli və məsuliyyətli davranışdan başlayır".

Bu gün ilin son Günəş tutulması olacaq
Bu gün ilin son Günəş tutulması olacaq
Yol polisindən uşaqlarla bağlı müraciət
Yol polisindən uşaqlarla bağlı müraciət
Azərbaycanda mənzillər bahalaşdı
Azərbaycanda mənzillər bahalaşdı
İsveçdəki səfirimiz dəyişdirildi
İsveçdəki səfirimiz dəyişdirildi
Azərbaycanda işsizlərin sayı açıqlandı
Azərbaycanda işsizlərin sayı açıqlandı
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi