veten informasiya agentliyi

Bu sahədə işləyənlərin əmək haqqı artdı - Azərbaycanda

Tarix:12-07-2017, 09:37
Baxış Sayı:718

Bu sahədə işləyənlərin əmək haqqı artdı - Azərbaycanda

















Azərbaycanda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı artıb

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artaraq 520,5 manat təşkil edib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-may aylarında əhalinin gəlirləri nominal ifadədə 7,3 faiz artaraq 18613,9 milyon manata çatıb.

2017-ci ilin yanvar-aprel aylarında sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 192 min nəfər olub. Onların 33,7 min nəfəri mədənçıxarma, 99,9 min nəfəri emal, 27,4 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 31 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.

2017-ci ilin yanvar-aprel aylarında sənayedə işləyənlərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 987,3 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 11,7 faiz, emal sənayesində 6,8 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 8,7 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 0,9 faiz azalıb.

Bu gün ilin son Günəş tutulması olacaq
Bu gün ilin son Günəş tutulması olacaq
Yol polisindən uşaqlarla bağlı müraciət
Yol polisindən uşaqlarla bağlı müraciət
Azərbaycanda mənzillər bahalaşdı
Azərbaycanda mənzillər bahalaşdı
İsveçdəki səfirimiz dəyişdirildi
İsveçdəki səfirimiz dəyişdirildi
Azərbaycanda işsizlərin sayı açıqlandı
Azərbaycanda işsizlərin sayı açıqlandı
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi