veten informasiya agentliyi

Azərbaycanda rüsum ləğv edildi

Tarix:21-06-2017, 11:51
Baxış Sayı:652

Azərbaycanda rüsum ləğv edildi

















Nazirlər Kabineti “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”ndə dəyişiklik edib

Bu Qayda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər (təbiət istifadəçisi) tərəfindən beynəlxalq, respublika və bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə istifadənin ödənişlərinin əsaslarını və ödənişin məbləğini müəyyən edir.

Qaydaya əsasən indiyə qədər arı pətəklərinin (ailələrinin) xüsusi mühafizə olunan təbiət ərazilərində yerləşdirilməsinə görə hər arı pətəyi (ailəsi) üçün 1 manat aylıq ödəniş tələb edilib. Dəyişikliyə əsasən bu ödəniş ləğv edilib. Başqa sözlə, bundan sonra arı pətəklərinin (ailələrinin) xüsusi mühafizə olunan təbiət ərazilərində yerləşdirilməsinə görə sahibkarlardan ödəniş tələb olunmayacaq. (apa)

Bu gün ilin son Günəş tutulması olacaq
Bu gün ilin son Günəş tutulması olacaq
Yol polisindən uşaqlarla bağlı müraciət
Yol polisindən uşaqlarla bağlı müraciət
Azərbaycanda mənzillər bahalaşdı
Azərbaycanda mənzillər bahalaşdı
İsveçdəki səfirimiz dəyişdirildi
İsveçdəki səfirimiz dəyişdirildi
Azərbaycanda işsizlərin sayı açıqlandı
Azərbaycanda işsizlərin sayı açıqlandı
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi