veten informasiya agentliyi

Azərbaycanda 22 kredit təşkilatı ləğv edildi - RƏSMİ

Tarix:14-06-2017, 11:15
Baxış Sayı:830

Azərbaycanda 22 kredit təşkilatı ləğv edildi - RƏSMİ

















Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bir sıra kredit təşkilatlarının fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Bu barədə Palatadan məlumat verilib.

Bir il müddətində bank fəaliyyətinin həyata keçirilməməsi, iki hesabat tarixinə hesabatların təqdim olunmaması, təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsinin müəyyənləşdirilməsi və illik kənar auditin keçirilməməsi səbəbindən "Ağammədli”, "Ağdaş”, "Aqrovest”, ”Balıqçı”, "Bənövşə”, "Buta”, "Fəqan”, "Fidan”, "Girdiman”, "İnkişaf”, "Meridian”, "Mikrokredit”, "Muxax”, "Nihat”, "Qarabağ-2010”, "Şəmkir”, "Şəmkir Aqro”, "Zərqova”, "Ziya”kredit ittifaqlarına və öz müraciətləri əsasında "A.F.S” və "KİV nümayəndələri” kredit ittifaqlarına verilmiş lisenziyalar ləğv edilib.

Həmçinin, fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının göstərişlərinə əməl olunmamasına görə "Norveç Mikrokredit” bank olmayan kredit təşkilatına verilmiş kreditlərin verilməsi üçün lisenziya ləğv edilib.

Bu gün ilin son Günəş tutulması olacaq
Bu gün ilin son Günəş tutulması olacaq
Yol polisindən uşaqlarla bağlı müraciət
Yol polisindən uşaqlarla bağlı müraciət
Azərbaycanda mənzillər bahalaşdı
Azərbaycanda mənzillər bahalaşdı
İsveçdəki səfirimiz dəyişdirildi
İsveçdəki səfirimiz dəyişdirildi
Azərbaycanda işsizlərin sayı açıqlandı
Azərbaycanda işsizlərin sayı açıqlandı
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi