veten informasiya agentliyi

Banklara iyunun 15-dək vaxt verildi

Tarix:7-06-2017, 11:48
Baxış Sayı:669

Banklara iyunun 15-dək vaxt verildi

















Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bir qrup bankların və audit şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

Palatadan verilən məlumata görə, görüşdə bəzi bankların qanunvericiliyə müvafiq olaraq tələb olunan müddətdə maliyyə hesabatlarını açıqlamamasının səbəbləri və bunların aradan qaldırılması yolları müzakirə edilib.

"Banklar haqqında" Qanunun tələblərinə uyğun olaraq banklar maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində maliyyə nəticələrinə dair kənar audit hesabatlarını öz rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində dərc etməlidirlər. Banklar hesabatların açıqlanmasında gecikmələrin əsasən auditorlarla olan fikir ayrılığı, habelə Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların auditinə dair tələbləri ciddiləşdirməsi ilə bağlı olduğunu qeyd ediblər.

Buna baxmayaraq, müştərilərinin bankların maliyyə vəziyyətinə dair vaxtında və obyektiv məlumat əldə etmək hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi bir daha vurğulanmaqla, banklar tərəfindən 15 iyun 2017-ci il tarixinə qədər audit hesabatlarının dərc olunmasına dair öhdəlik müəyyən olundu.

MBNP bankların kənar audit hesabatlarının açıqlanmasını xüsusi olaraq diqqətdə saxlayacaq. (Qaynarinfo)

Bu gün ilin son Günəş tutulması olacaq
Bu gün ilin son Günəş tutulması olacaq
Yol polisindən uşaqlarla bağlı müraciət
Yol polisindən uşaqlarla bağlı müraciət
Azərbaycanda mənzillər bahalaşdı
Azərbaycanda mənzillər bahalaşdı
İsveçdəki səfirimiz dəyişdirildi
İsveçdəki səfirimiz dəyişdirildi
Azərbaycanda işsizlərin sayı açıqlandı
Azərbaycanda işsizlərin sayı açıqlandı
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi