veten informasiya agentliyi

Kredit borcu olanlara bəd xəbər - Polis sizi yolda saxlayacaq

Tarix:30-05-2017, 10:39
Baxış Sayı:678

Kredit borcu olanlara bəd xəbər - Polis sizi yolda saxlayacaq

















Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov kredit borcunu qaytara bilməyənlərin avtomobillərinin dövlət yol polisi əməkdaşları tərəfindən tutulub cərimə meydançasına aparılmasına münasibət bildirib

Baku.ws xəbər verir ki, mütəxəssis bildirib ki, son vaxtlar səpələdikləri kreditləri yığa bilməyən banklar maraqlı üsullara əl atırlar: “Onlar məhkəmələrdə iddia qaldırarkən təminetmə tədbiri kimi cavabdehə məxsus avtomobilin üzərinə sadəcə həbs qoymağı yox, həm də həmin avtomobilin DYP-nin cərimə meydançasına saxlanca qoyulmasını da tələb edirlər. Bu səbəbdən də avtomobili əlindən alınan adam yeni borc almaqla olsa da, əvvəlki borcunu ödəyib avtomobili azad etmək üçün əl-ayağa düşür və buna məcbur olur. Bəzi məhkəmələr də bu tələbi həvəslə icra edib belə qərardadlar çıxarırlar. Daha sonra DYP də avtomobili yolda saxlayıb cərimə meydançasına aparır”.

Ekspert qeyd edir ki, bu məsələdə ciddi qanunsuzluq var: “İddianı təminetmə tədbiri olan həbs avtomobil üzərinə qoyularkən çox nadir hallarda (məsələn, avtomobil qanunsuz sahiblikdə olanda) həm də onun saxlanca qoyulması qərara alına bilər. Həbs sadəcə sərəncam hüququnu istisna etməlidir, istifadə hüququnu yox. Həm də nəzərə almaq lazımdır ki, DYP-nin cərimə meydançası saxlanc yeri, DYP isə saxlayıcı deyil. Oranın adı “DYP-nin mühafizə olunan duracağı” olsa da, orada avtomobil bir müddətdən sonra istifadəyə yararsız vəziyyətə düşə bilər”.

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı