veten informasiya agentliyi

Jurnalistlər üçün 3-cü bina da tikilə bilər - Əflatun Amaşovdan açıqlama

Tarix:19-05-2017, 13:44
Baxış Sayı:675

Jurnalistlər üçün 3-cü bina da tikilə bilər - Əflatun Amaşovdan açıqlama

















Xəbər verildiyi kimi, jurnalistlər üçün tikilmiş ikinci bina iyulun 22-də istifadəyə veriləcək

Artıq media mənsubları elan olunmuş qaydalar çərçivəsində müvafiq sənədləri komissiyaya təqdim edir və bir çoxları elə düşünür ki, bu, sonuncu şansdır, bununla da media mənsubları üçün bina tikintisinə son qoyulacaq. Lakin Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov ümidverici açıqlama ilə çıxış edib.

MŞ sədri "Yeni Müsavat" qəzetinə verdiyi müsahibədə jurnalistlər üçün üçüncü binanın da tikilə biləcəyini deyib.

O, hazırda jurnalistlərin istifadəsində olan birinci bina ilə bağlı dövlət başçısına xahişini və onun da bu məsələyə xüsusi həssaslıqla yanaşdığını xatırladıb: "Mənim üçün çox xoşdur ki, bu məsələni xahiş kimi qaldırdım və cənab prezident çox böyük addım atdı. Cənab prezidentlə görüşdə müəyyən məsələlərdən danışdıq. Eyni zamanda jurnalistlərin sosial durumunda hansı problemlərin olması ilə prezident maraqlandı. Bir sıra jurnalistlərin evsiz olduğu, kirayələrdə, yataqxanalarda qalması haqqında söhbət gedəndə təkliflərimiz oldu. Cənab prezident məsələyə çox diqqət və qayğı ilə yanaşdı. Məhz həmin gün cənab prezident birinci binanın tikilməsi ilə bağlı sərəncam imzaladı. Tezliklə binanın yeri müəyyənləşdi və tikinti başlandı. Bu evlər Azərbaycan prezidentinin Azərbaycan jurnalistlərinə hədiyyəsidir. Hələ iki bina tikilib. Ola bilsin ki, üçüncü bina da tikilsin. 156 mənzil birinci binada verildi, 255 mənzil ikinci binada veriləcək. İnanıram ki, bu sonuncu tikilən bina olmayacaq".

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı