veten informasiya agentliyi

"Uşaqlara deyir ki, ananız fahişədir..."- Azərbaycanlı futbolçunun eks-xanımı

Tarix:23-01-2017, 10:32
Baxış Sayı:781

Kiyev "Dinamo"sunun və Ukrayna millisinin keçmiş yarımmüdafiəçisi, Azərbaycan əsilli futbolçu Aleksandr Əliyev tarixə biabırçı ailə qalmaqalı ilə düşə bilər.

Onun keçmiş arvadı Tatyananın sözlərinə görə, (cütlük 2016-cı ilin sonunda boşanıb) Aleksandr tez-tez onu döyür və təhqir edir.

Keçmiş ərlə-arvad bir mənzildə yaşayırlar. TSN-nin çəkiliş qrupu axşam saat 8-də Əliyevi uşaqlar üçün olan otaqda dostu ilə birgə yatan yerdə görüb, döşəmədə isə boş pivə şüşələri olub.

"Onun məni belə aşağılamaq, uşaqlarımın yanında döymək haqqı yoxdur. Mən bu gün, həqiqətən, sosial xidmətə müraciət edib yardım istəmişəm. Ona görə ki kiçik oğlum kimi qızımın da isterikası var. O deyir ki, mən pis anayam. O, daima məni onların yanında alçaldır. O deyir: "Sizin ananız fahişədir".

Mənim qabırğalarım əzilib, ayaqlarımda göyərtilər var. O təpikləyir, əli ilə döyür, yumruqla vurur. O, sadəcə, nə etdiyini təsəvvür etmir", - Əliyevin keçmiş arvadı söyləyir.

"Siz indi inandınız, onun içkiyə necə meylli olduğunu gördünüz? Onun nə qədər içki qəbul etdiyini yoxlayın. Sonra soruşun ki, mən onu vurmuşam? O düşünür ki, əgər mənim uşaqlarımın anasıdırsa, ona hər şeyə icazə verilib. Belə deyil. Mən onu vurmuşam? Yox. Əvvəl biz ər-arvad olanda - bəli, ona əl qaldırmışam, o zaman içirdi. Göyərtilər? Bilmirəm, o harada gəzir. Ola bilər ki, haradasa yıxılır, ola bilsin ki, masaj edir, mən bilmirəm. Ola bilsin ki, onu haradasa, kimsə döyüb", - Əliyev söylənilənlərə belə reaksiya verib.

/// modern.az

Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq