veten informasiya agentliyi

Qazaxıstandan Ermənistana sillə kimi cavab — Azərbaycan barədə bizə şikayət etməyin

Tarix:7-01-2017, 10:01
Baxış Sayı:793

Qazaxıstan növbəti dəfə Ermənistana sərt cavab verib.

Bir neçə ildir ki, Ermənistanda fəaliyyət səfiri Timur Urazayev “ocağa benzin töküb”. Erməni mətbuatına müsahibə verən səfir Ermənistan prezidentinin çoxsaylı narazılıqlarını nəzərə alaraq Kollektiv Təhlükəsizlik Şurasının fəaliyyətinin effektivliyi barədə sualları cavablandırıb.

Məlum olduğu kimi, Serj Sarkisyan Azərbaycan tərəfindən Ermənistanla sərhəd xəttində atəşkəs rejiminin pozulması məsələsinə KTMT-yə üzv ölkələrin münasibətindən hiddətlənib.
Suala cavab olaraq qazaxstanlı diplomat belə cavab verib: “Ermənistan Azərbaycan sərhəd xəttində problemlər mahiyyət etibarilə Ermənistanla yox, Dağlıq Qarabağ problemi ilə əlaqəlidir”.

Səfir sözlərinə belə davam edib: “Birincisi, KTMT-nin nizamnaməsində dəqiq qeyd edilib ki, təşkilata üzv ölkələr bir-birinə bu quruma daxil olmayan üçüncü dövlət tərəfindən edilən xarici təcavüzü dəf etmək üçün kömək etməlidir. Tavuş bölgəsindəki sərhəd xətti Ermənistanın nəzarəti altında olan Azərbaycan rayonları ilə həmsərhəddir. Biz əvvəldən də Qazaxıstanda da, Rusiyada da və KTMT-yə üzv digər ölkələrlə dəqiq və açıq şəkildə mövqeyimizi sərgiləmişik ki, əgər söhbət üçüncü dövlətin xarici aqressiyasından gedirsə bu başqa məsələdir. Amma əgər bu məsələ Dağlıq Qarabağa aiddirsə, bu başqa söhbətin mövzusudur”.

Timur Urazayev buna görə də Qazaxıstanın mövqeyi düzgün olduğunu qeyd edib: “ Dağlıq Qarabağ problemini biz KTMT nizamnaməsinə uyğun olaraq həll edilən məsələlərdən ayırırıq. Biz problemin dinc yolla həllini arzulayırıq”.

Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq