veten informasiya agentliyi

Azərbaycanda gənc 240 ədəd saxta 100 manatlıq kəsib - Əsl puldan seçilmir - FOTO

Tarix:26-05-2017, 12:21
Baxış Sayı:770

Azərbaycanda gənc 240 ədəd saxta 100 manatlıq kəsib - Əsl puldan seçilmir - FOTO

















Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Cəlilabad rayon Polis Şöbəsinə rayonun Şıxlar kənd sakini Səfa Qaraşovun saxta pul əskinaslarının satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qaraşov 240 ədəd saxta 100 manatlıq əskinası satmaq istəyən zaman cinayət başında saxlanılıb.

Onun üzərindən və yaşadığı mənzildən qeyd edilən miqdarda saxta pul əskinasları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən saxta əskinaslar həqiqi pul vəsaitlərindən çətinliklə seçilir.

İlkin ifadəsi zamanı saxlanılan şəxs əldə etdiyi saxta pulları satmaq niyyəti ilə aldığını etiraf edib.

Qeyd edilən faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu gün ilin son Günəş tutulması olacaq
Bu gün ilin son Günəş tutulması olacaq
Yol polisindən uşaqlarla bağlı müraciət
Yol polisindən uşaqlarla bağlı müraciət
Azərbaycanda mənzillər bahalaşdı
Azərbaycanda mənzillər bahalaşdı
İsveçdəki səfirimiz dəyişdirildi
İsveçdəki səfirimiz dəyişdirildi
Azərbaycanda işsizlərin sayı açıqlandı
Azərbaycanda işsizlərin sayı açıqlandı
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi