veten informasiya agentliyi

Bakıda avtobus kişini necə vurub? - Rəsmi açıqlama

Tarix:26-05-2017, 10:20
Baxış Sayı:653

Bakıda avtobus kişini necə vurub? - Rəsmi açıqlama

















Bakı Nəqliyyat Agentliyi mayın 25-də Bakıda 81 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, hadisə baş verəndən dərhal sonra araşdırmalara başlanıb:

"Bakı Nəqliyyat Agentliyinə hadisə ilə bağlı məlumat daxil olandan dərhal sonra qəza törədən avtobusun GPS məlumatları araşdırılıb. Müəyyən edilib ki, Mayın 25-də saat 18:18 radələrində Rufov Şərafətdin Əlindən oğlununun idarə etdiyi , 81 saylı marşrut xətti ilə hərəkətdə olan 10 TG 451 dövlət qeydiyyat nişanlı avtobus Naxçıvanski küçəsi ilə hərəkət edərkən qarşısına çıxan ki.ini vurub. Qəza baş verən ana qədər avtobusun sürəti 40 km/ saat olub. Müəyyən edilib ki, həmin vaxt marşrut avtobusu sürət həddini aşmayıb. Şahidlərin sözlərinə görə, həmin an piyada sərxoş vəziyyətdə olub və qəfil avtobusun qarşısına çıxıb".

Xatırladaq ki, mayın 25-də axşam saatlarında Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Naxçıvanski küçəsi, 26 saylı şəhər poliklinikasının yaxınlığında 81 saylı sərnişin avtobusu piyadanı vurub. Hadisə nəticəsində piyada yerindəcə dünyasını dəyişib. vurulan piyadanın "bomj" olduğu deyilir.

Bu gün ilin son Günəş tutulması olacaq
Bu gün ilin son Günəş tutulması olacaq
Yol polisindən uşaqlarla bağlı müraciət
Yol polisindən uşaqlarla bağlı müraciət
Azərbaycanda mənzillər bahalaşdı
Azərbaycanda mənzillər bahalaşdı
İsveçdəki səfirimiz dəyişdirildi
İsveçdəki səfirimiz dəyişdirildi
Azərbaycanda işsizlərin sayı açıqlandı
Azərbaycanda işsizlərin sayı açıqlandı
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi