veten informasiya agentliyi

Prezident: “Bilmirəm, sahibkarlar bu zavodları nəyə görə tikiblər, bəlkə pulları çox idi, bilmirdilər ki, pulları haraya yatırsınlar”

Tarix:11-04-2018, 09:21
Baxış Sayı:529

Prezident: “Bilmirəm, sahibkarlar bu zavodları nəyə görə tikiblər, bəlkə pulları çox idi, bilmirdilər ki, pulları haraya yatırsınlar”














“Biz ixracyönümlü kənd təsərrüfatı sahələri üzrə işlərimizi bundan sonra da davam etdirəcəyik. Mən bir müddət bundan əvvəl tapşırıq vermişdim ki, üzümçülüklə, şərabçılıqla bağlı olan məsələlər ciddi təhlil edilsin. Çünki mövcud vəziyyət bizi heç cür qane edə bilməz”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

Prezident ölkədə kifayət qədər emal gücünün, yəni, şərab zavodlarının olduğunu bildirib:

“İndi ilkin məlumat ondan ibarətdir ki, bizim kifayət qədər emal gücümüz, yəni, şərab zavodlarımız var, amma onların bir çoxu çox zəif işləyir. Yəni, istehsal gücünün 20-30 faizi səviyyəsində işləyir. Bilmirəm, vaxtilə sahibkarlar bu zavodları nəyə görə tikiblər, bəlkə pulları çox idi, bilmirdilər ki, pulları haraya yatırsınlar – tikiblər, amma səmərəsiz istifadə edirlər. Bu, heç bir məntiqə sığmayan məsələdir. Ona görə, bizim indi vəzifəmiz ondan ibarətdir ki, bu şərab zavodlarını sahibkarlar düzgün şəkildə idarə etsinlər. Üzüm istehsalı bizdə artır, yeni üzüm bağları salınır və mən bunu alqışlayıram. Şərabın ixracı da artır və burada da dövlət öz rolunu oynayır. İxrac missiyaları, sərgilərdə iştirakımız bunu mümkün edir. Ancaq üzümçülük, şərabçılıqla bağlı növbəti xüsusi addımlar atılmalıdır. Vaxtilə biz dövlət proqramı qəbul etmişik. Mən deyə bilmərəm ki, bu proqram lazımi səviyyədə icra edilir. Ona yenidən baxmaq, təhlil aparmaq lazımdır ki, bu proqramın nəticəsində nə əldə etmişik? Yenə də deyirəm, yeni üzüm bağları salınır, şərab istehsalı artır, xarici bazarlara çıxır, amma bu, bizim çox gözəl ixrac məhsulumuz olmalıdır”.

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Bakıda 2 nəfərin meyiti tapıldı
Bakıda 2 nəfərin meyiti tapıldı
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Baş ağrılarının səbəbi beyniniz yox, dişləriniz ola bilər
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi
Qəzada ölən Məryəm 6 nəfərə həyat verdi
Bərdədə əməliyyat: Qadın saxlanıldı
Bərdədə əməliyyat: Qadın saxlanıldı
Jurnalistlərin etik davranış qaydaları dəyişir
Jurnalistlərin etik davranış qaydaları dəyişir
Azərbaycan açıq iqtisadiyyat və biznesin təşviqi siyasətini həyata keçirir - Baş nazir
Azərbaycan açıq iqtisadiyyat və biznesin təşviqi siyasətini həyata keçirir - Baş nazir