veten informasiya agentliyi

Azərbaycanda tapılan sirli daş kürə dünya alimlərinin diqqətində - Cənubi Qafqazda indiyə qədər aşkarlanan heç bir əşyaya bənzəmir

Tarix:Bu gün, 10:33
Baxış Sayı:1

Amerikanın Arxeologiya İnstitutunun nüfuzlu "Archaeology Magazine" elmi jurnalında Cəlilabad rayonunda tapılan daş kürə barədə məqalə dərc olunub.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudova məlumat verib.

Məqalədə daş kürənin Cənubi Qafqazda indiyə qədər tapılmış heç bir əşyaya bənzəmədiyinə diqqət çəkilib və onun ritual funksiyası daşımış ola biləcəyi bildirilib.

Xatırladaq ki, tapıntı iyul ayında Vəfa Mahmudovanın rəhbərliyi ilə Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.

Daha əvvəl sözügedən tapıntı barədə Böyük Britaniyanın elmi-populyar nəşrlərindən biri olan "Heritage Daily"də məqalə yayımlanmışdı.

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

Bağlanan universitetin tələbələri ilə bağlı rəsmi açıqlama

Azərbaycanda artıq bunu etmirlər... - 5 ildə 4 dəfəyə yaxın azalma

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı
Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı
Azərbaycanda tapılan sirli daş kürə dünya alimlərinin diqqətində - Cənubi Qafqazda indiyə qədər aşkarlanan heç bir əşyaya bənzəmir
Azərbaycanda tapılan sirli daş kürə dünya alimlərinin diqqətində - Cənubi Qafqazda indiyə qədər aşkarlanan heç bir əşyaya bənzəmir
"Tesla" milyonlarla avtomobili geri çağırır - Səbəb

15 saniyəlik video, milyonlarla pul: TikTok necə varlandırır?

Nurani Qasımova vəfat etdi
Nurani Qasımova vəfat etdi