veten informasiya agentliyi

Pezeşkianın Azərbaycana səfərə dəvət edilməsinin məqsədi açıqlandı

Tarix:10-02-2025, 21:04
Baxış Sayı:154

Pezeşkianın Azərbaycana səfərə dəvət edilməsinin məqsədi açıqlandı"Hazırda Azərbaycan Prezidentinin İran Prezidentinə ölkəmizə səfərlə bağlı dəvəti mövcuddur. Biz bu səfərin iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə açacağına əminik".

Bunu Baş nazirin müavini Şahin Mustafayev İran İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə keçirilən tədbirdə qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması və dövlət suverenliyimizin tam bərpası ilə regionda daha fəal əməkdaşlıq üçün əlverişli mühit yaradıb:

"Yeni yaranan reallıqlar fonunda Azərbaycan-İran əməkdaşlığı müsbət dinamika qazanıb, müxtəlif sahələrdə birgə həyata keçirilən layihələrin icrası yeni mərhələyə qədəm qoyub.

Xüsusi vurğulanmalıdır ki, hər iki ölkənin prezidentləri Azərbaycan-İran münasibətlərinə böyük önəm verir və eyni mövqedən çıxış edirlər ki, əlaqələrimizin gələcək inkişafına dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir.

Prezident İlham Əliyevin Azərbaycan-İran əlaqələrinə verdiyi əhəmiyyətin bariz nümunələrindən biri onun bu günədək İrana yeddi dəfə səfər etməsidir".

İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
"Fitch"dən Azərbaycanla bağlı proqnozlar
Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?
Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?