![]()
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanla bağlı proqnozlarını açıqlayıb.
2027-ci ilə qədər ÜDM-in təxminən 21%-ni təşkil edəcək Azərbaycanın dövlət borcu, "Fitch" tərəfindən qiymətləndirilən investisiya reytinqli ölkələr arasında ən aşağı göstəricilərdən biri olaraq qalacaq.
Agentli bildirir ki, ölkənin xarici dövlət borcu son illərdə mütləq şəkildə azalmaqdadır və onun mümkün artımı su təsərrüfatı və nəqliyyat sektorlarında layihələrin həyata keçirilməsindən asılı olacaq.
Beynəlxalq reytinq agentliyi 2025-ci ildəki əhəmiyyətli bir yavaşlamadan sonra 2026-cı ildə Azərbaycanda iqtisadi artımın orta dərəcədə 2%-ə qədər sürətlənəcəyini də proqnozlaşdırıb.
"Fitch" həmçinin inflyasiyanın sürətlənəcəyini gözləyir. Agentlik 2026-cı ildə orta illik inflyasiya səviyyəsinin əvvəlki ildəki 5,6%-dən 6,1% artacağını təxmin edib.