veten informasiya agentliyi

Aşura günü bizim üçün əzizdir, lakin... - Sosioloq

Tarix:29-08-2020, 12:56
Baxış Sayı:666

Aşura günü bizim üçün əzizdir, lakin... - Sosioloq

Məhərrəm ayı və Aşura günü bizim üçün əzizdir, lakin əhalinin sağlamlığını təhlükəyə atmamaq üçün müəyyən məhdudiyyətlərə ehtiyac var.

Bu sözləri Axar.az-a sosioloq Əhməd Qəşəmoğlu Aşura günündə insanların riayət etməli olduğu qaydalar haqda danışarkən deyib. O bildirib ki, şəriət qaydalarına görə, təhlükə yaradan hər şey haramdır:

“Yaşadığımız pandemiya dönəmində təhlükə yaradan davranış və hərəkətlərimiz haramdır. Bunu xalqa sadə dildə izah etmək lazımdır. Hər il Aşura günü insanların məscidlərdə çox sıx şəkildə toplandığını müşahidə edirdik. Hazırda pandemiya dönəmində Bakı şəhərində, eləcə də koronavirusun yayıldığı bölgələrimizdə belə məclislərin keçirilməsi məsləhət deyil. Bildiyimiz kimi, koronavirus infeksiyasını daşıyan şəxs kütləvi yerdə olarsa, ciddi fəsadları ola bilər, onlarla, hətta yüzlərlə insanın yoluxması riski yaranar. Ona görə də budəfəki Aşura günündə insanların kütləvi toplaşması məqsədəuyğun deyil”.

Bu gün ilin son Günəş tutulması olacaq
Bu gün ilin son Günəş tutulması olacaq
Yol polisindən uşaqlarla bağlı müraciət
Yol polisindən uşaqlarla bağlı müraciət
Azərbaycanda mənzillər bahalaşdı
Azərbaycanda mənzillər bahalaşdı
İsveçdəki səfirimiz dəyişdirildi
İsveçdəki səfirimiz dəyişdirildi
Azərbaycanda işsizlərin sayı açıqlandı
Azərbaycanda işsizlərin sayı açıqlandı
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi