veten informasiya agentliyi

Bu qərar verilsə, şagirdlərin hüquqları pozulacaq...

Tarix:28-08-2020, 14:20
Baxış Sayı:533

Bu qərar verilsə, şagirdlərin hüquqları pozulacaq...

\
Karantin elan olunmayan bölgələrdə dərslərin ənənəvi formada keçirilməsinə qərar verilsə, sərt karantin rejimində olan rayonlardakı məktəblilərin hüquqları pozulacaq.

Bunu Axar.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komissiyasının üzvü Anar İsgəndərli karantin elan olunmayan bölgələrdə dərslərin ənənəvi formada keçirilməməsinin səbəbləri haqda danışarkən deyib.

Deputat bildirib ki, belə bir şəraitdə ənənəvi tədrisə tez qayıdan məktəblər digər bölgələrin məktəblərinə nisbətdə daha hazırlıqlı olacaqlar:

“Belə fikirləşək ki, yoluxma olmayan və sərt karantin rejimi tətbiq edilməyən rayonlarda dərslər ənənəvi qaydada başladı. Üç aydan sonra respublika əhəmiyyətli konfrans keçirildi, imtahan oldu. Ənənəvi təhsilə daha tez keçmiş şagirdlər bütün suallara cavab verəcəklər, bəs digərləri?!

Tutaq ki, bir ildən sonra Dövlət İmtahan Mərkəzi qəbul imtahanı keçirdi və ya orta məktəblər üçün imtahanlar oldu. Ənənəvi təhsilə keçən rayonların məktəbliləri daha çox sualı cavablandıracaqlar, amma distant təhsil alan abituriyent və şagirdlər məhdudiyyətlərlə üzləşdiyindən nəticələri o qədər də yüksək olmayacaq. O zaman bir rayonun məktəbliləri ilə digər rayonun şagirdləri arasındakı münasibətlərdə birinin haqqı digərinə nisbətdə pozulacaq. Yəni karantin rejimində olan rayonların şagirdlərinin hüquqları pozulmuş olacaq”.

Bu gün ilin son Günəş tutulması olacaq
Bu gün ilin son Günəş tutulması olacaq
Yol polisindən uşaqlarla bağlı müraciət
Yol polisindən uşaqlarla bağlı müraciət
Azərbaycanda mənzillər bahalaşdı
Azərbaycanda mənzillər bahalaşdı
İsveçdəki səfirimiz dəyişdirildi
İsveçdəki səfirimiz dəyişdirildi
Azərbaycanda işsizlərin sayı açıqlandı
Azərbaycanda işsizlərin sayı açıqlandı
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi