veten informasiya agentliyi

Şəhidlərimizə görə telekanallar musiqili və əyləncəli verilişləri yayımdan çıxardı - MTRŞ

Tarix:13-07-2020, 14:03
Baxış Sayı:520

Şəhidlərimizə görə telekanallar musiqili və əyləncəli verilişləri yayımdan çıxardı - MTRŞ

Mili Televiziya və Radio Şurası (MTRŞ) bəyanat yayıb.

Qurumdan verilən məlumata görə, teleradio yayımçıları öz proqramlarında dəyişiklik edib:

“İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun dörd hərbçisi şəhid olub, bir neçə hərbçisi isə yaralanıb. Həyata keçirilən tədbirlər ilə düşmənə layiqli cavab verilib.

Ölkəmizdə fəaliyyət göstərən teleradio yayımçılarının əksəriyyəti bu hadisə və onun nəticəsində hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik edib, yayımdan musiqili və əyləncəli verilişləri çıxarıblar. Pandemiya şəraitində yayımçıların əməkdaşlarının tam olaraq işə cəlb olunmamasını və texniki aspektləri nəzərə alaraq, bəzi kanallarda bu proses növbəti gün həyata keçirilib.

Milli Televiziya və Radio Şurası olaraq, yayımçıların bu prosesə həssas reaksiyasını dəstəkləyir və onlara bir daha belə günlərdə daha operativ davranmağı tövsiyə edirik.

Allahdan Azərbaycan Ordusuna zəfər, Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizə rəhmət diləyirik!”.

Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə