veten informasiya agentliyi

Azərbaycan içməli su problemini mafioz qruplar yaradıb - Ekoloqdan ilginc İDDİA

Tarix:1-07-2020, 05:49
Baxış Sayı:497



Azərbaycan içməli su problemini mafioz qruplar yaradıb - Ekoloqdan ilginc İDDİA
Azərbaycan yaxın gələcəkdə içməli su problemi ilə üzləşə bilər.

Belə ki, ölkənin əsas içməli su qaynağı olan Kür çayında suyun səviyyəsi xeyli aşağı düşüb.

Çayda suyun azalması nəticəsində Xəzərin duzlu suyu Kürə axır. Artıq 30 km-dən artıq məsafədə Kürün suyu duzlaşıb. Məlumata görə, yaranmış vəziyyət kənd təsərrüfatına, əkin sahələrinə xeyli ziyan vurub. Həmçinin içməli su qıtlığı yaranıb.

Maraqlıdır, vəziyyət belə davam edərsə, içməli su problemi necə həll edilə bilər?

Cebhe.info-ya açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib ki, bunun üçün artezian quyuları qazılmalıdır:

Azərbaycan içməli su problemini mafioz qruplar yaradıb - Ekoloqdan ilginc İDDİA
"Belə demək olar ki, içməli suyun qıtlığı yaranacaq. Oradakı insanlar bundan əziyyət çəkəcəklər. Amma sərəncam verilə bilər ki, artezian quyuları qazıb həmin ərazidəki şəxsləri içməli su ilə təmin etsinlər. Ancaq bu yolla vəziyyəti yumşaltmaq olar. Burada kənd təsərrüfatı da böyük ziyan görəcək. Nəticədə məhsulların qiymətində artımın şahidi olacağıq. Bu da o deməkdir ki, Kürün quruması tək onun ətrafında yaşayan insanlara yox, bütün əhaliyə mənfi təsir göstərəcək. Ola bilsin ki, bu hal mafioz qruplar tərəfindən qəsdən yaradılsın. Bu da qiymətlərin qaldırılması üçün yol ola bilər. Bunun üçün inzibati cəzalar tətbiq olunmalıdır. Başqa əlac yoxdur”.

Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə