veten informasiya agentliyi

Pandemiya dövrünün qaydalarına əməl etməyən vəzifəli şəxs cəzalandırıldı

Tarix:18-06-2020, 09:02
Baxış Sayı:467

Pandemiya dövrünün qaydalarına əməl etməyən vəzifəli şəxs cəzalandırıldı


Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyində xüsusi karantin rejiminin qaydalarına ciddi əməl olunur. Həm əsas inzibati bina, həm də bütün struktur bölmələrin fəaliyyət göstərdiyi binalarda giriş-çıxış qaydaları ciddi nəzarətdə saxlanılır. Bundan başqa mütəmadi dezinfeksiya tədbirləri görülür, işçilərin qoruyucu maskalarla təminatı, giriş-çıxış məntəqələrində insanların bədən temperaturunun ölçülməsi və digər zəruri prosedurlar icra olunur. Buna baxmayaq, bəzi hallarda təlimat qaydalarını pozan işçilərə də rast gəlinir və dərhal bu barədə müvafiq cəza tədbirləri görülür. Pandemiya dövründə koronavirus (COVID-19) infeksiyasından qorunma tədbirlərinin həyata keçirilməsində məsuliyyətsiz davrandığına görə “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəisi vəzifəsindən azad olunub. O, daha aşağı vəzifəyə - Təmir-tikinti İdarəsinin 104 “Çağrı Mərkəzi”nin 1 saylı çağrı xidmətində usta vəzifəsinə keçirilib.
Metbuat.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi bir daha bildirir ki, qurumda pandemiya dövrünün tələb və qaydalarını pozan istənilən işçi sərt formada cəzalandırılacaq.

Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə