veten informasiya agentliyi

Bu gün buraxılış imtahanları keçiriləcək

Tarix:10-06-2020, 07:07
Baxış Sayı:498

Bu gün buraxılış imtahanları keçiriləcək


Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanılmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Qeyd edək ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə iştirakçılar üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Xatırladaq ki, imtahanların keçirilməsi üçün 39 şəhər və rayonda 197 bina, 3 284 zal ayrılıb. İmtahanların idarə olunmasına 197 ümumi rəhbər, 538 rəhbər, 4 266 nəzarətçi-müəllim, 393 buraxılışı təşkil edən əməkdaş, 197 bina nümayəndəsi ayrılıb.

İyunun 10-da keçiriləcək imtahanlarda 25 597, iyunun 11-də keçiriləcək imtahanlarda isə 17 021 nəfər olmaqla, 42 618 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu