veten informasiya agentliyi

Deputat masaj salonlarına və gecə klublarına qarşı çıxdı

Tarix:19-05-2020, 05:16
Baxış Sayı:585

Deputat masaj salonlarına və gecə klublarına qarşı çıxdı




“Azərbaycanda tikintilərdə uşaq əməyinin istismarının qarşısı xeyli alınıb. Bu, dövlətin kölgə iqtisadiyyatına qarşı apardığı mübarizəsinin nəticəsidir. Ancaq hələ də uşaq əməyindən istifadə ilə bağlı epizodik hallar mövcuddur”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini Tahir Kərimli İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə hesabatına münasibət bildirərkən deyib.

Onun fikrincə, Azərbaycanda insan alverinə qarşı mübarizə tədbirləri mühüm prakitiki effektlər verir. T.Kərimli buna nümunə olaraq bildirib ki, Azərbaycanda ərəblərin açıq qadın alveri etmələrinin qarşısı alınıb.


Deputat bununla belə düşünür ki, hələ də problemlər mövcuddur.

“Bakıda Əlövsət Quliyev küçəsində Amsterdamdakı “Qırmızı fənərlər” küçəsinə bənzədilən mənzillər var. Bunun qarşısını almaq lazımdır. Hələ də masaj salonlarından, gecə klublarından istifadə edirlər, bu, xalqımızın mentalitetinə ziddir”, - deyə T.Kərimli bildirib.

Qeyd edək ki, Milli Məclisin bu gün keçiriləcək iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı dinləniləcək.

Sənədi İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edəcək.

Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə
Əlibala Məhərrəmzadə – 50 ilin zirvəsindən yeni hədəflərə