veten informasiya agentliyi

Azərbaycanda soyuq hava nə qədər davam edəcək? - AÇIQLAMA

Tarix:11-05-2020, 13:29
Baxış Sayı:520

Azərbaycanda soyuq hava nə qədər davam edəcək? - AÇIQLAMA



"Qeyri-sabit keçən hava şəraiti iqlim dəyişikliyi ilə bağlıdır".

Bu sözləri Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyib. O qeyd edib ki, hazırda müşahidə olunan qeyri-sabit hava şəraitinin səbəbi təbiətdə gedən iqlim dəyişikliyidir:

"Bəzən buna qlobal istiləşmə deyilsə də, bu yanlış termindir. İqlim dəyişikliyi nisbətən isti olan bölkələrdə yağışların artmasına, soyuq ərazilərdə isə havaların isti və mülayim keçməsinə səbəb olur. Diqqət etsək görərik ki, hazırda Bakıda və Abşeron yarımadasında hava mülayim, Mərkəzi Aran rayonlarında isə soyuq və tutqundur”.
Telman Zeynalov bildirib ki, iqlim dəyişikliyi bəzi yerlərdə quraqlığın yaranmasına səbəb ola bilər:
“Düzdür, Azərbaycanı quraqlıq gözləməsə də, Rusiyanın bəzi bölgələrində iqlim dəyişikliyi ilə əlaqədar quraqlıq yaşana bilər. Yuxarıda da dediyim kimi, isti olan yerlərdə havaların soyuq, nisbətən soyuq olan yerlərdə havaların isti keçməsi, təbiətdəki balansı poza bilər”.
Ekoloq bildirib ki, iqlim dəyişikliyi Günəş və Yer kürəsindən asılı olan bir haldır.

BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
Avtomobil su kanalına aşdı
Avtomobil su kanalına aşdı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
Sosial ödənişlər üzrə əhaliyə 6 milyard manatdan çox vəsait ödənildi
30 mindən çox şəxsə əlillik təyin olundu
30 mindən çox şəxsə əlillik təyin olundu