veten informasiya agentliyi

Emin Zaranın Bakıya gəlişi ilə bağlı məsələyə münasibət bildirdi (FOTOLAR)

Tarix:27-07-2018, 09:46
Baxış Sayı:554

Emin Zaranın Bakıya gəlişi ilə bağlı məsələyə münasibət bildirdi (FOTOLAR)














Bakıda "Jara” Beynəlxalq Musiqi Festivalının başlaması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, mətbuat konfransında təşkilatçılar - Azərbaycanın xalq artisti Emin Ağalarov, Qriqori Leps, Sergey Kojevnikov və başqaları iştirak edib.

Rusiyanın məşhur sənətçisi Filipp Kirkorov bildirib ki, "Jara” Beynəlxalq Musiqi Festivalında artıq üçüncü ildir iştirak edir.

E. Ağalarov isə 2018-ci ildə ilk dəfə "Jara Baku” filminin çəkiləcəyini deyib. Filmdə Rusiyanın tanınmış sənətçiləri çəkiləcəklər.

E. Ağalarov rusiyalı müğənni Zaranın Bakıya gəlməsinə də münasibət bildirib. O qeyd edib ki, bu məsələyə münasibəti sadədir: "Məlumat üçün demək istəyirəm ki, Zara kürddür. Onun Bakıya gəlməsinə neqativ münasibət bəsləyirlərsə, yəqin ki, həmin insanların öz fikri var. Bu, hər kəsin şəxsi dünyagörüşüdür. Musiqi festivalı bayramdır. Bu, müsbət emosiyalar deməkdir. Mən bu müsbət emosiyanı qoruyub saxlamağın tərəfdarıyam”.

F. Kirkorov isə əlavə edib ki, onu da uzun illər Azərbaycana buraxmayıblar: "Sözsüz ki, söhbət dövlət rəhbərliyindən getmir. Polad Bülbüloğlu həmişə mənə mane olub. Eminə "sağ ol” deyirəm ki, məni sevdiyim Bakıya qovuşdurdu”.

Mətbuat konfransında qeyd edilib ki, Zara Bakıya iyulun 29-da – festivalın bağlanış günü gələcək və öz ifasını təqdim edəcək.

Qeyd edək ki, festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, Loboda, Emin, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.

"Jara-2018”in biletləri 2017-ci il dekabrın 1-dən satışa çıxarılıb.

Emin Zaranın Bakıya gəlişi ilə bağlı məsələyə münasibət bildirdi (FOTOLAR)

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi