veten informasiya agentliyi

Vüqar Muradov aparıcını söydü – çəkilişdə biabırçılıq

Tarix:30-11-2017, 14:45
Baxış Sayı:791

Vüqar Muradov aparıcını söydü – çəkilişdə biabırçılıq














SPACE telekanalında, aparıcı Şəbnəm Turanın təqdimatında yayımlanan “Nahara qədər dedi-qodu” verilişinin çəkilişi zamanı insident yaşanıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, çəkilişdə qonaq olan müğənni Vüqar Muradovla aparıcı arasında dava düşüb. Buna Ş.Turanın müğənniyə estetik əməliyyatla bağlı verdiyi sual səbəb olub. Sualdan qəzəblənən Vüqar özündən çıxaraq ayağa qalxıb, söyüş söyüb, aparıcını təhqirlərə məruz qoyaraq, studiyanı tərk edib. “Bu saat buraları dağıdaram, mənə belə sual verən adamı yox edərəm” deyən müğənni çəkiliş heyəti tərəfindən güclə sakitləşdirilib və yenidən studiyaya qaytarılıb.

Məsələ ilə bağlı verilişin aparıcısı Şəbnəm Turanla əlaqə saxladıq. O, xəbəri təsdiqlədi:

“Bəli, təəssüf ki, verilişin çəkilişi zamanı belə bir xoşagəlməz hadisə yaşandı. Mən aparıcıyam, qonağıma istənilən sualı verməyə ixtiyarım var. Vüqara estetik əməliyyatla bağlı sual verdim. Özündən çıxdı, “vuraram, yıxaram” – deyib, studiyanı tərk etdi. Ona yalvaran da olmadı ki, geri qayıt. Özündən çıxdığı kimi də sakitləşərək studiyaya qayıtdı. Əslində, burda qızışmağa da ehtiyac yox idi. Vaxtilə “Yeni ulduz” layihəsində oxuduğu zaman münsif Ruhəngiz Qasımova da ona demişdi ki, Vüqar, üzündə estetik əməliyyat etdirsən yaxşı olar. Vüqar özü də dəfələrlə efirlərdə bununla bağlı danışıb. Mən anlaya bilmirəm ki, sualım niyə onu belə özündən çıxartdı? Bu müğənnilər belədir. Vaxtilə özlərini reklam etdirmək üçün kameralardan sallanırdılar, indi göylə gedirlər”.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi