veten informasiya agentliyi

Aygün Bəylər nazirin qohumuna ərə getmək xəbəri haqqında — "Bir il əvvəl Moskvada elçi düşmüşdülər"

Tarix:27-11-2017, 14:29
Baxış Sayı:822

Aygün Bəylər nazirin qohumuna ərə getmək xəbəri haqqında — "Bir il əvvəl Moskvada elçi düşmüşdülər"













Əməkdar artist Aygün Bəylər nazirlərdən birinin əmisi oğluyla ailə qurmasıyla bağlı xəbərlərə münasibət bildirib.
Xanəndə "Ölkə.Az"a açıqlamasında bildirib ki, bir il əvvəl Moskvada olarkən ona elçi düşüblər. Amma bu, hansısa nazirin qohumu olmayıb:

"İki gündür xaricdən dostlarım zəng vurur ki, bu nə xəbərdi? yalansa doğru olsun (gülür). Deyirəm ki, ay qardaş, vallah, belə şey yoxdur. Amma sənətkarı belə incitmək olmaz e. Məni ruhdan salmaq olmaz. İnanırsız, yanan da mənəm, yaman da mənəm. Bir il əvvəl Moskvada olanda ruslar mənə elçi çıxdılar. Dedim ki, uşaq böyüdürəm, ərə getmək fikrim yoxdur. İnsan gərək ya sənəti seçməlidir, ya da ailəni. Əgər sənətkaramsa, deməli, mən sənətkar kimi öz missiyamı borcumu yerinə yetirməliyəm. Hələ illər öncə müəllimim Bəylər Quliyev mənə tapşırıb ki, sənətkar kimi hörmətli qalmaq istəyirsənsə, ya sənətdə qalmalısan, ya da ərə getməlisən. Deməli, ərə getmək olmaz. Hazırda qırx iki yaşım var, o kişini on yeddi yaşımdan tanımışam. Bu günə qədər onun qoyduğu yolla gedirəm. Bu sənətdən dönmək fikrim yoxdur".
Qeyd edək ki, mətbuatda yayılan xəbərlərdə A.Bəylərin nazirlərdən birinin qohumuyla dekabrln 27-də rəsmi nikaha girəcəyi barədə xəbər yayılmışdı.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi