veten informasiya agentliyi

Pərvin Abıyeva onu pozğun adlandıran xanımlara səsləndi: “Ərinizi əlinizdən almışam?”

Tarix:19-08-2017, 13:19
Baxış Sayı:859

Pərvin Abıyeva onu pozğun adlandıran xanımlara səsləndi: “Ərinizi əlinizdən almışam?”













"Pərvin belə dedi, Pərvin filan şey geyindi. Məndən yazmayın, danışmayın daha. Neçə aylardır ki, müsahibələrdən imtina edirəm. Amma mənimlə bağlı çıxan xəbərlərdə camaat "Bunu görməkdən bezdik" yazırlar. Vallah insanları qınamıram, haqqımda yazılanlardan mən özüm də bezirəm. Artıq uzaq olmaq istəyirəm. İnsanlara mənim nə yeyib içdiyim, nə geyindiyim, hara getdiyim maraqlı deyil".

Publika.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə bildirib. O, instaqramda paylaşdığı şəkillərin altına onun ünvanına təhqiramiz ifadələr işlədən xanımlara da fikir bildirib:

"Bir də rəylərə açıq-aşkar söyüş söyən xanımlara sözüm var. Ayıbdır vallah, mənə "pozğun, tərbiyəsiz, əxlaqsız" deyirsiniz. Mən hələ sizin yazdıqlarınızın mədəni formasını yazıram. Amma mən sizin söydüyünüz söyüşləri normal həyatımda istifadə etmirəm. İndi əxlaqsız mənəm, siz də tərbiyəli, ailəli, uşaqlı, "ev tərbiyəsi görmüş insanlar"? Özünüzə hörmət edin, ayıbdır. Heç birinizin əlindən nə ərinizi, nə çörəyinizi almışam, nə də ki, sizə pisliyim dəyib. Sosial şəbəkə istifadəçilərinə sözüm odur ki, özünüzü, emosiyalarınızı idarə etməyi öyrənin. Məni bəyənməsəniz də, ən azından azərbaycanlı xanımsınız, danışığınıza fikir verin. Mən də söyüş söyə bilirəm. Gəlin, qarşılıqlı bir-birimizi söyək? Və sonra? Bundan nə çıxacaq? Nə əldə edəcəyik? Bu yazdıqlarımı bir düşünün. Bəyənməyənlər də səhifəmə girib məni izləməsin, baxmasın!"

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı