veten informasiya agentliyi

"Ərinizin çörəyinimi yeyirəm?" - Damla

Tarix:31-05-2017, 11:44
Baxış Sayı:732

"Ərinizin çörəyinimi yeyirəm?" - Damla

















Nədir bu içinizdəki qara düşüncələr? Niyə məni mühakimə etməkdə çox rahatsınız? Niyə bəxtəvərsən deyib, ağzınıza gələni yazırsınız? İllərdir atam ürək çatızmazlığından əziyyət çəkir. Hər gün onu itimək qorxusu ilə yaşayıram

Qafqazinfo xəbər verir ki, bu sözləri müğənni Damla sosial şəbəkədə yazıb. Sənətçi onun haqqında şayiə yayan şəxslərə müraciət edib:

"Artıq 10 ildir ki, atasız uşaq böyüdürəm. Tək başıma arxasız, köməksiz qadınlığımla hər işin dalınca özüm qaçıram. Anam illərdir gözü yaşlıdır. Budur bəxtəvərlik? Bəxtəvər ev almısan yazırsınız. Sizin cibinizdənmi oğurladım? Ərinizin çörəyinimi yeyirəm? Hər gün hədiyyələr gəlir kefdəsən yazanlar heç düşünürmü o geyimlərə mənim də göz yaşım düşür? Yaxdığınız böhtanlara görə vicdanınız necə rahatdır? Gecə necə yata bilirsiniz? Mənə bu zirvəni yaşadan Allahdır.

Allahla Allahlıqmı edirsiniz? Qəlbinizdə Allah qorxusu yoxdur? Bilib-bilmədən danışmaq bu qədərmi asandır? Saatlarla dikdaban ayaqqabıda məclis idarə etmək, insanların kaprizlərinə dözmək, gecə saatlarında bloka qorxa-qorxa girmək bəxtəvərlikdir? Allah xatirinə susun! Vicdanınız varsa, susun! Ramazan günündə bu qədər günahımı almayın. Heç kimin ahını almayın. Mənim yuvamı yıxıblar. Övladım atasızdır. O çarəsizliyi heç bir qadına yaşatmaram. Bu gündən mən də şərhləri bağlayıram".

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır