veten informasiya agentliyi

Azər Axşamın öldürülməsi — XƏBƏRİ YAYILDI

Tarix:14-10-2019, 12:04
Baxış Sayı:659

Azər Axşamın öldürülməsi — XƏBƏRİ YAYILDI

Tanınmış şoumen və aparıcı Azər Axşamın (Şabanov) ölüm xəbəri yayılıb.
Sosial şəbəkədə yayılan məlumatlarda teleaparıcının 7 bıçaq zərbəsiylə qətlə yetirildiyi bildirilir.

Əməkdaşımız yayılan xəbərlə bağlı A.Axşamla əlaqə saxlayıb. O, bildirib ki,

Bu, biabırçılıqdır. Belə çıxır ki, kim nə vaxt istəsə, sosial şəbəkədə yalançı profil açıb, istədiyi hərəkəti edə bilər, istədiyi söyüşü söyə bilər. İnsanlar da işin mahiyyətinə varmadan, dəqiqləşdirmədən, ağızlarına gələni yaza bilərlər.
Məni bu məsələdən sonra təhdid edən olmayıb, zəng yoxdur. Bu gün səhər bir jurnalist zəng vurmuşdu ki, Azərbaycanın qaziləri bu işlə bağlı şikayət ərizəsi yazmaq istəyirlər. Bildirdim ki, buyursunlar, mən də onların yanındayam. Görək bunu edən kimdir. Heç kimdən şübhəm yoxdur. Əgər kiminsə mənimlə ədavəti varsa, məni təhqir etsin də, Mübariz İbrahimovun nə günahı var? Deməli, bunu edən adamın damarında azərbaycanlı qanı axmır. Şəxsi prinsiplərinə görə Azərbaycanın Milli Qəhrəmanını ortaya atırsan və onu təhqir etməklə, Azəri ləkələməyə çalışırsan. İki-üç ay öncə 83 yaşlı anamın adından "Instagram" səhifəsi açmışdılar. Axırda dözmədim, polisə zəng vurdum ki, belə bir biabırçılıq var. Məni aidiyyatı üzrə yönləndirdilər, ərizə yazdım, faktları ortaya qoydum. Bu adam hər kimdirsə, dayanmır. Vallah, kimdənsə şübhələnsəm, adını çəkərdim. Amma o məsələdən də bir xəbər çıxmadı. Sonradan təkrar maraqlandım, dedilər ki, biz tapa bilmirik. Çox istərdim ki, həmin şəxslə üz-üzə gəlim, kişidirsə, üzünə tüpürüm, deyim ki, ay biqeyrət, sən Azərbaycanın Milli Qəhrəmanını vasiyətə çevirəcək qədər qudurmusan? Xanım da olsa, üz-üzə gəlmək istərdim. Deyəcək sözlərim var".

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan xəbərlərdə Azər Axşamın həyat yoldaşı Səbinə Şabanovanın Azərbaycanın Milli Qəhrəmanı Mübarizİbrahimov haqqında nalayiq ifadələr yazdığı bildirilir.

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi