veten informasiya agentliyi

Röya və Bilal Əliyevə gələn mesajları görmək istəyirlər...

Tarix:4-10-2019, 10:01
Baxış Sayı:645

Röya və Bilal Əliyevə gələn mesajları görmək istəyirlər...

Elə insanlar var ki, başqalarının mesajlarını oxumaq üçün əldən-ayaqdan gedirlər. Biz bu hallarla ən çox metroda və ya avtobusda qarşılaşırıq. Kənarda duran şəxslər az qalır ki, mesaj yazan şəxsin yerinə cavab da versin.
Bəs, yerli məşhurlar necə? Başqalarının mesajlarını oxuyublarmı?

Onlar bu barədə Axşam.az-ın “İmkanınız olsaydı, hansı məşhurun “direct” mesajlarını oxumaq istəyərdiniz və niyə” sualını cavablandırarkən danışıb:

Müğənni Nura Suri:

“Heç özümə yazılan mesajları oxumuram, o ki, qaldı başqaları”.

Aparıcı Samir Bayramlı:

“La Casa De Papel” serialındakı Berlin obrazının mesajlarını oxumaq istəyərdim. Adamın beyini çox qəşəngdir. Böyük ehtimal “direct”i də maraqlı olar. Bir də Bilal Əliyevin mesajlarını oxumaq istəyərdim”.

Prodüser Təranə Səmədova:

“Röyanın “direct” mesajlarını oxuyardım. Niyəsini isə deyə bilməyəcəm”.
Bəstəkar və müğənni Murad Arif:

“İmkanım olub, oxumamışam. Belə şey mümkünsüzdür”.

Rəqqasə Renka:

“Kiminsə həyatına burnumu soxmaq istəmirəm. Ona görə də heç kimin mesajlarını oxumaq istəmərəm”.

Aktrisa Günay Əhməd:

“Heç kəsin “direct”ini görmək istəmirəm. Kiminsə özəl mesajlarını oxumaq mənə nə verəcək?”.

Aparıcı Murad Əzimzadə:

“Xarici məşhurlardan Monika Belluçi, yerlilərdən isə Röya Ayxan maraqlı olardı”.

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır