veten informasiya agentliyi

Saxta "Best of Azerbaijan" aranı qatdı — Sadəcə görüntü üçün taxılıb - FOTO

Tarix:3-09-2019, 10:48
Baxış Sayı:578

Saxta "Best of Azerbaijan" aranı qatdı — Sadəcə görüntü üçün taxılıb - FOTO

Sosial şəbəkələrdə başında tac, üzərində "The Best of Azerbaijan" yazısı olan bir xanımın fotosu müzakirələrə səbəb olub. Sosial media əhli "gözəllikdən əsər əlaməti yoxdur, best model seçilir" kimi rəylərlə həmin xanımı tənqid atəşinə tutublar. Həmin model isə ötən gün "E media qrup" tərəfindən keçirilən mükafatlandırma gecəsində səhnədə olub.
"Ölkə.Az" bildirir ki, qalmaqallı məsələni araşdırmaq üçün oxu.az-ın əməkdaşı "E media qrup"un rəhbəri Elşən Əliyevlə əlaqə saxlayıb.

O, açıqlamasında heç bir gözəllik müsabiqəsi keçirmədiyini bildirib və model xanımın üzərində daşıdığı "The Best of Azerbaijan" yazısını bu cür şərh edib: "E media qrup" heç vaxt model yarışması keçirməyib və heç bir modelə belə mükafat vermir. O gecədə isə, sadəcə həmin xanım və bir bəy "Ən yaxşılar" nominasiyasına layiq görülən ölkəmizin öndə gedən şəxslərinə mükafatları təqdim ediblər. Xanım mükafatı, bəy isə hədiyyələri təqdim edirdi. Xanımın başında tac, üzərində yazılan "The Best of Azerbaijan" lenti isə sadəcə gözəl görüntü üçün taxılıb. Bu, sadəcə yazılı lentdir. Həmin xanıma biz nə mükafat vermişik, nə də onu hər hansısa bir diplomla təltif etmişik".
Qeyd edək ki, ölkəmizdə keçirilən gözəllik və model yarışmalarında qalib olan xanımlar tez-tez sosial şəbəkədə müzakirə predmetinə çevrilir. Onların gözəl olmadıqlarını yazan izləyicilər keçirilən müsabiqələrin saxta olduğuna dəfələrlə etirazlarını bildiriblər.

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır